Azərbaycanlıların getdiyi məscidi partlatmaq istədilər

Azərbaycanlıların getdiyi məscidi partlatmaq istədilər
  24 İyul 2013    Oxunub:1604
Hadisə Dağıstanda baş verib.
AzVision.az Rusiya mətbuatına istinadən bildirir ki, ötən gecə naməlum şəxslər Dağıstanın Xasavyurt şəhərində Maqidov və Daibov küçələrinin kəsişdiyi ərazidə yerləşən şiə məscidlini partlatmağa cəhd göstəriblər. Bu barədə Dağıstan polisinə yerli sakinlər xəbər verib. Hadisə yerinə gələn asayiş keşikçiləri iki əldə düzəldilmiş partlayıcı qurğu aşkar ediblər. Həmçinin məlum olub ki, partlayışın daha güclü olması üçün cinayətkarlar məscidin hər iki girişini minalayıblar.



Qeyd edək ki, sözügedən məscidi əsasən azərbaycanlılar ziyarət edir.

Təhlükəsizlik tədbirləri çərçivəsində məscidin ətrafında yerləşən evlərin sakinləri evakuasiya edilib. 80 kq tortil gücündə olan partlayıcı qurğular zərərsizləşdirilib.

Terror hadisəsinə görə məsuliyyəti Xasavyurt qruplaşması öz üzərinə götürüb. Xatırladaq ki, terrorçu qruplaşmanın üzvləri ötən il avqustun 18-də sözügedən məscidi partlatmışdılar. Ramazan bayramı ərəfəsində silahlıların yoldan ötənlərə açdıqları atəş nəticəsində 1 nəfər ölmüş, 8 nəfər yaralanmışdı.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti