Ruhani ABŞ və israili saymadı

Ruhani ABŞ və israili saymadı
  24 İyul 2013    Oxunub:1643
İranin yeni seçilmiş prezidenti Həsən Ruhani avqustun 4-də and içəcək
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Araqçi bildirib ki, prezidentin inaqurasiya mərasiminə ABŞ və Isrial istisna olmaqla bütün dövlətlərin nümayəndələri dəvət edilib.

Belə bir qərar isə islam inqilabından sonra ilk dəfə qəbul olunub. Xatırladaq ki, İranın yeni prezidenti, islahatçı Həsən Ruhani prezident seçkisinin ilk mərhələsində 50,7 % səs toplayaraq qələbə qazanıb. 64 yaşlı yeni dövlət başçısı Tehranın nüvə proqramı üzrə şəffaflıq nümayiş etdirməyə hazır olduğunu bildirib.

S.Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti