Papa Allahın vətənini açıqladı

Papa Allahın vətənini açıqladı
  24 İyul 2013    Oxunub:1054
Katolik kilsəsinin lideri Papa Fransisko ötən gün ilk dəfə İtaliyanı tərk edərək Braziliyaya səfər edib.
AzVİsion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarədə jurnalistlərlə görüşən Papa onlarla səmimi söhbət edib. Papa Katolik kilsəsi liderinin öz ölkələrindən seçilməyini arzulayan braziliyalılara da cavab verib. “Tanrı onsuz da braziliyalıdır. Siz isə istəyirsiz ki, Papa da braziliyalı olsun” – deyə kilsə lideri zarafat edib.

Papa Françesko Braziliyanın Rio-de-Janeyro şəhərinə gedib. O, Braziliya paytaxtında Katolik Dünya Gəncliyi gününün açılışını edəcək. Son 20 ildə katoliklərin sayında azalma mühaşidə olunan Braziliya səfərində papanı ruhani liderlərlə yanaşı 70-ə yaxın jurnalist müşayiət edir. Təyyarədə jurnalistlərlə söhbət edən Papa onlar haqqında “şir kimi vəhşi və yırtıcı” bənzətmələrini eşitidyini deyib. Papa “Təbii ki, siz bura mənə bağlılığınızı göstərmək üçün gəlməmisiz. Nə də ki, mən şirlərin arasında deyiləm. Amma deyildiyi kimi çox vəhşi və yırtıcı görünmürsüz” – deyərək jurnalistlərlə zarafatlaşıb.

Katolik lider jurnalistlərdən xahiş edib ki, cəmiyyətin, gənclərin və xüsusilə də yaşlıların yaxşılığı üçün xəbərlər vasitəsilə ona kömək etsinlər. Braziliya səfərinin ikinci günündə Papa Françesko Rio-de-Janeyro çimərliyində 2 miylonun insanın iştirak edəcəyi ayini icra edəcək.

Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti