“Ölü” namizəd mer seçildi

“Ölü” namizəd mer seçildi
  12 İyul 2013    Oxunub:1161
Meksikanın Oaxaka ştatının San-Aqustin-Amatenqo şəhərində ölmüş sakin mer seçkilərində qalib gəlib.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, 2010-cu ildə ölmüş Lenin Karballido seçkiləri qazanıb. Namizəd ölməsinə baxmayaraq rəqiblərini arxada buraxaraq 50 faiz səs toplayıb.

2010-cu ildə Karballido həbs olunmamaq üçün saxta ölüm sənədi hazırlayır. Onun ölümünün səbəbi isə diabetik koma olur. Karballido 2004-cü ildə təcavüzdə ittiham olunurmuş. Saxta ölüm sənədi ilə onun qohumları Karballidonun həqiqətən öldüyünü sübut etməyə çalışaraq onun tutulmasının qarşısını alıblar.

Karballido seçki qabağı gözlənilmədən “dirilir”, seçki kampaniyasına başlayır və bütün şəhərdə reklam plakatları asır. Onun namizəd olduğu Demokratik inqilabi partiya bildirmişdi ki, əgər Karballidonun ölümünü saxtalaşdırması təsdiqlənərsə, ona bu postu tutmağa icazə verməyəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti