FIFA prezidenti İlham Əliyevə təşəkkür edib

   FIFA prezidenti İlham Əliyevə təşəkkür edib
  14 Noyabr 2024    Oxunub:522
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gələn FIFA prezidenti Canni İnfantino dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Funksioner Azərbaycana səfəri ilə bağlı sosial şəbəkə hesabında video paylaşıb. Ali futbol qurumunun rəhbəri bildirib ki, dünya liderlərinin iqlim dəyişikliyi ilə bağlı qlobal problemi həll etmək məqsədilə toplaşdığı COP29-a dəvət almaq onun üçün şərəfdir.

C.İnfantino Prezident İlham Əliyev və digər dövlət başçıları, hökumət nümayəndələri ilə planetin, eləcə də futbolun gələcəyi barədə müzakirələr apardığını vurğulayıb: “FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühitin və iqlimin qorunmasına ciddi yanaşır. Biz yüksək keyfiyyətli müxtəlif beynəlxalq sertifikatlaşdırılmış layihələrə investisiyalar etməklə iqlimlə bağlı fəaliyyətə dəstək olmaq, eləcə də bu mübarizəyə töhfə vermək məqsədilə proqramlar həyata keçirmişik. Bu tədbirdə iştirak edən hər kəsin ortaq məqsədi var: uşaqlarımız və onların birgə gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti