Məşhur müxalifət lideri qətlə yetirildi

Məşhur müxalifət lideri qətlə yetirildi
  12 İyul 2013    Oxunub:1177
Azad Suriya Ordusu komandanlığının nüfuzlu üzvü Kamal Hamamini qətlə yetirilib
Qətl, Azad Suriya Ordusunun Ali Şurasının üzvü Kamal Hamaminin “İraq və Levantedə İslam Dövləti” islamçı qruplaşması ilə danışıqlara gələrkən “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlılar tərəfindən törədilib. Bundan sonra qruplaşmanın üzvləri Azad Suriya Ordusunun Ali Şurasının bütün üzvlərinin öldürəcəklərini bəyan edib. Bu barədə Azad Suriya Ordusunun nümayəndəsi Kasem Səadəddin məlumat verib.

Ölkənin müxətlif şəhərlərində isə genişmiqyaslı hərbi əməliyyatlar keçirilir. Ordu qüvvələrinin ölkənin müxtəlif şəhərlərində rejim əleyhdarlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda daha 65 nəfər həlak olub. Hələb və digər iri şəhərlərdə dərman və çörək qıtlığı yaşanır.

AzVision.az


Teqlər:





Xəbər lenti