İraqda silsilə terror aktları törədilib

İraqda silsilə  terror aktları törədilib
  11 İyul 2013    Oxunub:965
Yaralananların əksəriyyəti türkmanəsillidir
İraqın Kərkük və Selahaddin şəhərlərində törədilən partlayışlarda 32 nəfər yaralanıb. Selahaddin şəhərində türkmənlərin sıx yaşadığı Aksu məhəlləsində yük avtomobilinin partlaması 24 nəfərin xəsarət alması ilə nəticələnib. Xeyli sayda evə və idarəyə ciddi ziyan dəyib. Kərkükün Heyfa kəndində isə içərisinə bomba yerləşdirilmiş iki avtomobilin partlaması nəticəsində 8 nəfər yaralanıb.


Teqlər:





Xəbər lenti