ABŞ Misirə “F-16” göndərəcək

ABŞ Misirə “F-16” göndərəcək
  11 İyul 2013    Oxunub:1086
ABŞ Misir prezident Məhəmməd Mursi devrildikdən sonra belə ölkəyə “F-16” qırıcıları göndərməyi planlaşdırır.
AzVision.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, ABŞ Misirə dörd ədəd “F-16” qırıcı təyyarəsi vermək niyyətindədir. Bu, Vaşinqtonla Qahirənin 20 təyyarənin daxil olduğu böyük sifarişin bir hissəsidir. Yanvar ayında ABŞ Misirə 8 ədəd təyyarə göndərmişdi.

Qeyd edək ki, Misir ABŞ-dan yardım alan İsraildən sonra ikinci ölkədir. Ölkə Vaşinqtondan ildə 1,5 milyard dollar yardım alır. ABŞ rəsmisi qırıcıların yardım paketinə aid olduğunu təsdiqləyib. Rəsmilərdən biri “F-16” təyyarələrinin avqustda göndəriləcəyini söyləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti