Ermənistanda inflyasiyanın səviyyəsi artıb

Ermənistanda inflyasiyanın səviyyəsi artıb
  11 İyul 2013    Oxunub:1205
İyun ayında Ermənistanda inflyasiya göstəricisi 106.5 % olub
Hazırda Ermənistanda ən çox narahatlıq doğuran məsələ əsas tələbat məhsullarına və bir çox xidmətlərə görə qiymətlərin artmasıdır.

Bu gün Ermənistanda ərzağın qiyməti orta hesabla 9 %, səhiyyə xidmətləri və dərmanların qiyməti isə 12.6 % bahalaşıb.

Əlverişsiz hava şəraiti nəticəsində kənd təssərrüfatı sahəsində yaranan qıtlıq isə vəziyyəti daha da çətinləşdirib və daha çox qiymət artımına səbəb olub.

Belə ki, bazarlarda təkcə almanın qiyməti 45% artıb. Ermənistana gəlir gətirən ərik ixracı isə sıfıra enib. Əsas idxalçıları olan Rusiya və Gürcüstan bu meyvəni Ermənistandan almaqdan imtina etdiklərinə görə erməni fermerlərin vəziyyəti daha da ağırlaşıb. Buna görə iki aydır ki, yerlərdə etiraz aksiyaları keçirən fermerlər hökumətdən tədbir görməsini tələb edir.

Ermənistan hökuməti isə ya laqeydlikdən, ya da ki bacarıqsızlıqdan vətəndaşlarının tələblərini hələ də yerinə yetirməyib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti