Dünyada korrupsiya artıb – VİDEO

Dünyada korrupsiya artıb – VİDEO
  10 İyul 2013    Oxunub:1504
Korrupsiya və rüşvətxorluq bir çox ölkələrdə dəhşətli həddə gəlib çatıb. Bu barədə “Transparency International” qrupu sorğu keçirib.
AzVision.az Voice of America-ya istinadən məlumat verir ki, qrupun keçirdiyi sorğuya görə, ötən 12 ay ərzində hər dörd insandan biri dövlət institutlarına və işə qəbul üçün rüşvət verib.

“Transparency International”in icraçı direktoru Robert Barrinqton bildirib ki, sorğuya cəlb olunan bir sıra ölkələrdə hər dörd insandan üçü keçən il rüşvət verdiyini etiraf edib.

Qeyd edək ki, sorğuda 107 ölkədən 114 min insan iştirak edib. Respondentlərin yarıdan çoxu söyləyib ki, son iki ildə korrupsiya və rüşvətxorluq daha da çoxalıb. Barrinqton çıxış yolunu yeni islahatlarda gördüyünü bildirib. Onun sözlərinə görə, keçmiş sorğularla müqayisədə korrupsiya ilə mübarizədə GürcüstanRvanda ölkələrində irəliləyiş müşahidə olunur.



AzVision.az


Teqlər:  





Xəbər lenti