10 məşhur ekstradisiya

10 məşhur ekstradisiya
  06 İyul 2013    Oxunub:1943
Keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snoudenin təhvil verilməsi ekstradisiya məsələsinin necə çətin olduğunu göstərir.
AzVision.az BBC-yə istinadən ekstradisiya ilə bağlı 10 faktı təqdim edir.

1. Dünyanın ən qədim yazılı ekstradisiya müqaviləsi Misir fironu II Ramzeslə qonşu Hetlər arasında eramızdan əvvəl 1259-cu ildə bağlanıb və tarixə “Kadeş müqaviləsi” adı ilə daxil olub. Müqaviləyə görə, hər iki tərəf cinayətkarları və siyasi məhbusları geri verməli idi. Sənədin misir dilindəki versiyası Karnak şəhərində saxlanılır. Müqavilənin nüsxəsi isə BMT-nin Nyu-Yorkdakı qərargahındadır.



2. ABŞ-ın ilk ekstradisiya müqaviləsi Britaniya ilə 1794-cü ildə baş tutub. Sənəd tam müqavilə hesab olunmasa da, onda iki ölkə arasındakı həll olunmamış məsələlər öz əksini tapıb. ABŞ-ın federal cinayət hüququ və beynəlxalq ekstradisiya üzrə eksperti Duqlas MakNabb bildirib ki, ABŞ-ın müasir ekstradisiya müqaviləsi 1872-ci ildə Ekvadorla imzalanıb. MakNabbın sözlərinə görə, qədim müqavilələrdə cinayətlərin “uzun siyahısı” verilirdi, müasir müqavilələrdə isə minimum həbs cəzası olan cinayətlər qeyd olunur.



3. “Siyasi cinayət” üzrə ekstradisiya müqaviləsidir. Müqaviləyə görə, siyasi cinayətdə ittiham olunan şəxsin olduğu dövlət onu tələb edən başqa dövlətə verməyə bilər.

Britaniyanın 1870-ci ildə imzaladığı ekstradisiya aktına əsasən heç kəs siyasi xarakterli cinayətə görə təslim edilə bilməz. Həmin dövrdə Avropaya qaçan Karl Marks daxil olmaqla siyasi qaçqınlara Britaniyada siyasi sığınacaq verilirdi.

4. İspaniya ilə Britaniya arasındakı 100 illik ekstradisiya müqaviləsi pozulduqdan sonra İspaniyanın bəzi hissələri “cinayət yuvası”na çevrilir. Həmin dövrdə Britaniyanın baş naziri olmuş Banjamin Dizraeli danışıqlara cəhd etmişdi. 1978-ci ildə isə İspaniya müqaviləni yeniləməkdən imtina edir. İspaniya iddia edir ki, müqavilə onun xeyrinə işləmir. Çünki Britaniya çox cüzi ekstradisiya müraciətlərini qəbul edirdi. Həmin dövrdə Britaniyada istənilən cinayəti törədənlər isə İspaniyaya asanlıqla keçirdi. İki ölkə arasında ikitərəfli müqavilə 1985-ci ildə imzalanıb.

5. İspaniya ilə ekstradisiya müqaviləsi yeniləndikdən sonra britaniyalı cinayətkarlar başqa ölkələrdə sığınacaq axtarmağa başladılar. Britaniyada yaşayan türk əsilli Asil Nadir müstəqilliyi yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikasında sığınacaqla təmin olunur. 2012-ci ildə Ağır Mütəşəkkil Cinayətlərə qarşı Agentlik (SOCA) bildirib ki, Şimali Kiprdə qaçqın cinayətkarların sayı artaraq ölkə cinayətkarların yuvasına çevrilir. Asil Nadir Şimali Kiprdə 17 il qalır. Qeyd edək ki, Britaniyada Nadirin “Poly Peck International” şirkəti iflasa uğradıqdan sonra o, cinayət məsuliyyətinə cəlb olunmağa başlayır.



6. Braziliyanın 1990-cı illərədək Britaniya ilə ekstradisiya müqaviləsi olmayıb. Lakin Britaniyada “Böyük qatar oğrusu” Ronni Biqqs 1965-ci ildə həbsdən qaçaraq Braziliyada sığınacaq tapıb və 36 il burada yaşayıb. 1997-ci ildə Braziliya ilə Britaniya arasında ekstradisiya müqaviləsi imzalanır. Lakin Braziliya Biqqsi ekstradisiya etməkdən imtina edir. 2001-ci ildə Biqqs könüllü Britaniyaya qayıdır və bir neçə il həbsdə qalır.



7. Bir çox ölkələr konstitusiyanı əsas gətirərək vətəndaşlarını başqa ölkələrə verməkdən imtina edirlər. Rusiya konstitusiya ilə qadağan olunduğunu əsas gətirərək, 2006-cı ildə Londonda dissident Aleksandr Litvinenkonu zəhərləyən Andrey Luqovoyu ekstradisiya etməkdən boyun qaçırır.

Rejissor Roman Polanski 1977-ci ildə azyaşlıya təcavüz etdiyinə görə ABŞ-dan qaçaraq Fransada yerləşir. Fransa isə rejissorun Fransa vətəndaşı olduğunu əsas gətirərək onu ABŞ-a verməkdən imtina edib.



8. Britaniyanın qanunlarında ekstradisiya olunmuş vətəndaşlarını qorumaq öz əksini tapmayıb. Bu onunla izah olunur ki, imperiya dövründə britaniyalılar müxtəlif ölkələrə gedirdilər və onların əksəriyyəti orada yeni həyat qururdular. Lakin hazırda Avropa Birliyinin hər bir ölkəsi cinayət törətmiş vətəndaşlarını öz ölkələrində cəza almasını təmin edə bilər.

9. Səfirliklər də cinayətkarları sığınacaqla təmin edir. Bir il əvvəl Ekvador səfirliyi qalmaqallı “WikiLeaks” portalının sahibi Culian Assanca sığınacaq verir. Britaniya isə Ekvadoru bunda ittiham edib.



10. Ksenofobiya və hormonal maddələrin qanunsuz dövriyyəsi Avropada həbs orderinə malik cinayət kateqoriyasına daxildir. Avropa Birliyinin 27 üzvünün 2004-cü ildə imzaladığı sənəd ilə ekstradisiya prosedurları həyata keçirilir. Terrorizm, insan alveri, korrupsiya, qətl, oğurluq və girov götürmə də bu cinayət kateqoriyasına aid edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti