Rusiya Çinlə hərbi təlimdə - VİDEO

  05 İyul 2013    Oxunub : 399
Rusiya Çinlə hərbi təlimdə - VİDEO
Çin ilə Rusiya birgə hərbi dəniz təlimi keçirirlər. Pekin bu təlimi xarici tərəfdaşla birgə keçirilən ən böyük təlim adlandırıb.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Yapon dənizində keçirilən təlim iyulun 5-dən 13-dək davam edəcək. Çin generalı bildirib ki, təlimin məqsədi üçüncü ölkəyə zərbə endirmək deyil. Əsas məqsəd Rusiya ilə əlaqələri möhkəmləndirməkdir. Qeyd edək ki, Çin Şərqi Çin və Cənubi Çin dənizlərinə iddia irəli sürdüyü üçün qonşuları - Yaponiya və Filippin ilə gərgin münasibətdədir.



AzVision.az

Teqlər: