Əhməd Davudoğlu: “Heç kim qarışmasın”
“Misirdə hakimiyyət dəyişikliyi xalqın istəyi ilə baş tutmayıb. Bu addım qanunlara və demokratiyaya ziddir. Bütün demokratik ölkələrdə hakimiyyət dəyişikliyi yalnız seçkilər əsasında baş tutur. Misirdəki vəziyyət isə qəbuledilməzdir. Ümid edirik ki, bu ölkədə demokratiya tezliklə bərpa ediləcək”-deyə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun müavini Bekir Bozdağ bildirib.
Jurnalistlərə müsahibəsində B. Bozdağ qeyd edib ki, Əhməd Davudoğlu Misirdə hərbiçilərin atdığı addımı qeyri-qanuni hesab edir. Davudoğlu Məhəmməd Mursinin və onun tərəfdarlarının dərhal azad olunmasını tələb edib.
Səbinə Həsənova
AzVision.az
Teqlər: