Erməni ombudsman: “Həbsxanalar pis vəziyyətdədir”

Erməni ombudsman: “Həbsxanalar pis vəziyyətdədir”
  05 İyul 2013    Oxunub:1293
Həbsxanalarda qeyri-insani münasibət hökm sürür.
“Ermənistan həbsxanalarının ən böyük problemi həddindən artıq dolu olmasıdır”.
AzVision.az-ın məlumatına görə, bu sözləri Ermənistan ombudsmanı Karen Andreasyan “Nubaraşen” həbsxanasının nəticələri ilə bağlı Böyük Britaniyanın Ermənistandakı səfiri Katerina Ceyn Liçhlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Andreasyan bildirib ki, həbsxanadakı şərait pis vəziyyətdədir: “Məhkumların saxlanıldığı kameralar rütubətlidir və qoxuyur. Qeyri-insani münasibət hökm sürür”.

Ombudsman, ümumiyyətlə sistematik səviyyədə 3 problem olduğunu vurğulayıb: “Həbsxanalarda maliyyə problemi, korrupsiya halları var və məhkumların susması tələb olunur. Məhkumlar arasında “kriminal dünya”nın qanunları keçərlidir. Bunlar həbsxanalardan cəmiyyətə və orduya yayılmaqdadır”.

Andreasyan bu vəziyyətin “Toyuq və yumurta” hekayəsinə bənzədiyini qeyd edib.

Ombudsman illik hesabatdakı problemin olduğu kimi qaldığını söyləyib: “Əvvəlki hesabatlardan nəticə çıxarılmadı. Problemlər həll olunmaq əvəzinə təkrarlanır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti