Fransa vətəndaşlarını izləyir

Fransa vətəndaşlarını izləyir
  05 İyul 2013    Oxunub:1191
Fransanın təhlükəsizlik idarəsi vətəndaşların telefonlarını dinləyir və internetdəki yazışmalarını izləyir. Bu barədə Fransanın “Le Monde” qəzeti bildirib.
Fransanın xüsusi xidmət orqanları nəinki ölkə daxilində vətəndaşları telefon və kompüter vasitəsilə izləyir, eyni zamanda Fransa ilə başqa dövlətlər arasındakı danışıqları təqib edir. Google, Facebook, Twitter, Microsoft, Apple, Yahoo istifadəçilərinin elektron poçtları, danışıqları, mesajları və yazışmaları izlənilib.

Qeyd edək ki, Fransanın Xarici Təhlükəsizlik İdarəsi bu informasiyaya şərh verməkdən imtina edib. Milli Təhlükəsizlik Komissiyası isə yazılı surətdə qanun çərçivəsində işlədiyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti