Moldovalı deputat Ermənistan parlamentində erməniləri `işğalçı`adlandırdı - QALMAQAL

Moldovalı deputat Ermənistan parlamentində erməniləri `işğalçı`adlandırdı - QALMAQAL
  04 İyul 2013    Oxunub:1474
Ermənistan Parlamentinin vitse-spikeri Erminə Naqdalyan: “Bilmirəm siz kimin sifarişini yerinə yetirirsiniz”

"Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib". Moldovalı vəkil Aureliya Qriqoriu Ermənistan parlamentində məruzəsi zamanı belə deyib.
Qeyd edək ki, moldovalı vəkil Ermənistan parlamentində keçirilən Ümumavropa konfransında "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" adlı məruzə ilə çıxış edib.

Moldovanın parlament vəkili (ombudsman) həmçinin qeyd edib ki, Xocalıda soyqırımı ermənilər törədib və bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır. Bu barədə AzVision.az İragir.am saytına istinadən məlumat verir.

Zalda əyləşən forumun bir sıra iştirakçıları moldovalı həmkarlarını alqışlayıblar.

Çıxış üçün söz istəyən Ermənistan Parlamentinin vitse –spikeri Ermine Naqdalyan isə “Ermənistan parlamentinin kürsüsünü sifarişlər yerinə yetirmək üçün istifadə etməyin”-deyə narazılığını bildirib:

“Bilmirəm kimin sifarişlərini yerinə yetirirsiniz, lakin öz sifarişçilərinizə sübut etmək üçün çıxışınızı lentə ala bilərsiniz. Düşünürəm ki, yüksək səviyyəli qonaqlar elmi konfransın yolverilməz müzakirələr üçün istifadə olunmasına etiraz etməlidirlər”.

Aureliya Qriqoriu buna cavab olaraq deyib ki, münaqişənin təfərrüatlarına varmaq fikrində deyil: “Yalnız onu deyə bilərəm ki, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulması yolverilməzdir”.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti