Dünyanın ən kobud sürücüləri

Dünyanın ən kobud sürücüləri
  01 İyul 2013    Oxunub:1017
İtaliyalı və fransız sürücülər dünyanın ən kobud sürücüləri hesab olunub.
“The Daily Telegraph” qəzeti məlumatı sorğuya cəlb olunan britaniyalı turistlərin cavabları əsasında bildirib. Bir il ərzində xarici ölkələrə səfər edən 2,1 min britaniyalı sorğuda iştirak edib. Respondentlərin 86 faizi ünsiyyətcil sürücüləri mehriban hesab ediblər. 42 faiz isə söyləyib ki, turistin səyahət edəcəyi yerlər haqqında biliklərini bölüşən və məsləhətlər verən sürücülər mehribandırlar. Sorğuda iştirak edənlərin 56 faizi insanlara kömək etməyən taksi sürücülərini kobud hesab ediblər. Onlar ən çox Dubay və Maqaluf (İspaniya adası) şəhərlərinin sürücülərinin kobud olduqlarını bildiriblər. Yunanıstanın Pefkos və Türkiyənin Mərmərə şəhərlərinin taksi sürücüləri isə ən mehriban sürücülər hesab olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti