Siqaretlər “danışacaq”

Siqaretlər “danışacaq”
  01 İyul 2013    Oxunub:2000
Siqaret qutuları bundan sonra insanları siqaretdən uzaqlaşdırmaq üçün “danışacaq”.
Tədqiqatçılar siqaret qutularını daha cəlbedici etmək üçün ona danışan qurğu yerləşdiriblər. AzVision.az The Mirror-a istinadən məlumat verir ki, Störlinq universiteti insanları siqaretdən uzaqlaşdırmaq üçün maraqlı metod seçib. Onlar siqaret qutularında iki cür mesaj çatdıran qurğu yerləşdiriblər. Birinci mesaj siqaret qutusunu açan insana siqareti tərgitmək üçün məsləhətlər verən telefon nömrəsi təklif edir. İkinci mesaj isə siqaretin zərərləri barədə danışır. Qeyd edək ki, mesaj siqaret qutusunu açan zaman səslənir.

Yeni metodun siqaret qutularına tətbiq edilməsi üçün yeni qanun qəbul edilməlidir. Bəzi tütün şirkətləri ideyanı müsbət qarşılayıb. Sorğuya cəlb olunan yeniyetmə qızlar isə yeni metodun təsiredici olduğunu bildiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti