PKK ilə mübarizədə Türk ordusunun verdiyi itkilər
İ. Yılmaz PKK-nın (kürdcə: Partiya Karkeren Kürdistan - Kürdüstan İşçi Partiyası) terror aksiyalarına başladığı 1984-cü ildən 2012-ci ilin avqustuna qədər Türkiyə Silahlı Qüvvələrinin 6205 hərbçisinin şəhid olduğunu açıqlayıb.
Xatırladaq ki, Türkiyə hökuməti kürd probleminin həlli ilə bağlı PKK-nın həbsdə olan lideri Abdulla Öcalanla danışıqlardan sonra terror təşkilatı bu ilin martında atəşkəs elan edib. PKK Türkiyə ərazisindəki qüvvələrini İraqın şimalındakı düşərgələrə geri çəkməyi qərara alıb. Hazırda bu proses davam edir.
AzVision.az