“Milli şura”nın Ukrayna oyunu

“Milli şura”nın Ukrayna oyunu
  24 İyun 2013    Oxunub:1468
Dünən Kiyev şəhərində bir qrup şəxsin iştirakı ilə Azərbaycanda milli şuraya dəstək qrupu yaratmaq məqsədilə forum adı altında görüş keçirilib. Tədbirin sonunda Ukraynada yaşayan azərbaycanlıların adından bəyannamə oxunub.
“Ukrayna Azərbaycanlıları Birləşmiş Disporu” (UABD) Ümumukrayna İctimai Təşkilatının (ÜİT) mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda deyilir ki, bir neçə şəxsin Ukraynada yaşayan yüz minlərlə azərbaycanlının adından çıxış etməsi təşkilatlanaraq Azərbaycan dövlətçiliyi uğrunda gecə-gündüz durmadan çalışan azərbaycanlılara qarşı böyük haqsızlıqdır.

Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş on iki müstəqil ictimai təşkilatı birləşdirən UABD-nin sədri Hikmət Cavadovun sözlərinə görə, bu addan çıxış etmək hüququ seçki öncəsi şəxsi maraqlarına görə özlərini reklam edərək gündəmə gəlmək üçün bir sıra mətbuat xidmətlərində məlumat yayıb, mənasız səs-küy salmaq məqsədi güdən insanların deyil, vətəni, dövləti, xalqının rifahı üçün illərlə iş aparan, Azərbaycan dövlətçiliyi naminə çalışan və Ukraynada leqal fəaliyyət göstərən təşkilat rəhbərlərinindir: “Bundan başqa, Ukraynada Azərbaycan diasporunun dünyada mövcud olan ən elitar diasporlardan olduğunu sübut edən, heyətində 40-dan çox alimi bir araya gətirən alimlər şurası kimi qurumu olduğu halda, diaspor adından kimlərinsə çıxış etməsi çox gülünc haldır ”.


Teqlər:  





Xəbər lenti