Dünyada ən təhlükəli kibercinayətkar

Dünyada ən təhlükəli kibercinayətkar
  24 İyun 2013    Oxunub:1284
Çinin rəsmi KİV-i Amerika xüsusi xidmət orqanlarının məxfi əməliyyatlarını əsas gətirərək ABŞ-ı dünyada ən təhlükəli kibercinayətkar adlandırıb.
Yerli mətbuat bildirib ki, Vaşinqton həmişə özünü kiberhücumların günahsız qurbanı kimi təqdim etməyə çalışıb, amma özü başqa dövlətlərə kiberhücum etməklə qanun pozuntusu edib. Hazırda ABŞ keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Edvard Snoudeni Honq Konqdan geri verilməsini tələb edir. Qeyd edək ki, Snouden ABŞ-ı casusluqda ittiham edir.

Ağ Evin nümayəndəsi bildirib ki, əgər Honq Konq hakimiyyəti addım atmasa, ABŞ-la münasibətlərə xələl gətirə bilər.

Çinin ekstradisiya prosesinə qarışıb-qarışmaması hələ məlum deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti