1 milyondan çox insan aksiyada
Məlumata görə, aksiyaçıların sayı azalsa da, bəzi yerlərdə nümayişlər qarşıdurmalarla keçib.
Belo Horizonte şəhərində polis aksiyaçıların avtomobillərə daş atmasına cavab olaraq, plastik güllələrdən və göz yaşardıcı qazdan istifadə edib. Salvadorda isə qarşıdurmalar daha şiddətli olub.
Qeyd edək ki, "Epoca" jurnalının hesablamalarına görə Braziliyada əhalinin 75 faizi aksiyalara dəstək verir. Bu cür aksiyalara şahid olmayan Braziliyada 1 milyondan çox insanın aksiyalarda iştirak etməsi haqqında məlumatlar var.
Xatıqladaq ki, aksiyalar zamanı 2 nəfər həyatını itirib.