Ancelina Colidən Suriya çağırışı

Ancelina Colidən Suriya çağırışı
  21 İyun 2013    Oxunub:1327
Hollivud aktrisası Ancelina Coli Suriyadakı münaqişəyə son qoymaq üçün dünya liderlərini birləşməyə çağırıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Coli Suriya münaqişəsini dünyanın ən ciddi humanitar böhranı adlandırıb.

“Mən beynəlxalq liderlərə səslənirəm, fikir ayrılıqlarını kənara qoyun və Suriyadakı zorakılığa son qoymaq üçün birləşin. Milyonlarla insanın həyatı sizin əllərinizdədir” – Coli İordaniyadakı Suriya qaçqınlarının düşərgəsində çıxışı zamanı söyləyib.

Hazırda İordaniyada yarım milyondan çox Suriya qaçqını sığınacaq tapıb. BMT-nin məlumatına görə, son dörd ay ərzində Suriyada hakimiyyətlə müxalifət qüvvələrinin silahlı qarşıdurması nəticəsində döyüş zonalarını tərk edənlərin sayı artıb. Suriya-İordaniya sərhədindən hər gün təxminən 2 min insan keçir. BMT-nin məlumatına əsasən Suriya qaçqınlarının ümumi sayı 1,5 milyona çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti