Türkiyə- Suriya sərhədində qızğın döyüşlər başlayıb

Türkiyə- Suriya sərhədində qızğın döyüşlər başlayıb
  21 İyun 2013    Oxunub:1791
Hökümət əleyhinə qüvvələrlə kürd silahlıları arasında atışma davam edir
Suriyanın Türkiyə ilə həmsərhəd rayonu İfrində vəziyyət gərginləşib. Bu gün o regiondan KİV-lərə daxil olan məlumata görə, kürd silahlıları ilə suriyalı üsyançılar arasında qanlı döyüş baş verib. 4 nəfər öldürülüb, onlarla adam yaralanıb. Son günlər bu regionda baş verən terror aktlarında hər iki tərəfdən 30 nəfər qətlə yetirilib. Onlarla ərəb və kürd itkin düşüb. Yerli KİV-lərin məlumatına görə, onlar vuruşan tərəflərin əlində girov kimi saxlanılır. Region müşahidəçilərinin qənaətinə görə, İfrində baş verən hadisələr faktiki olaraq, Suriyadakı ikiillik vətəndaş müharibəsində yeni cəbhə açıb. Suriyalı ərəblərlə kürdlər arasında əsrlərlə davam edən torpaq davası 2011-ci ildə baş vermiş üsyandan sonra daha da kəskinləşir. Öncə kürdlər dinc nümayişçilərə qoşulsalar da, Suriyada əhalinin 10%-ni təşkil edən bu milli azlığın əksəriyyəti hakimiyyətlə silahlı münaqişədən kənarda dayanmağa üstünlük veriblər. Kürdlər bir sıra müxalif təşkilatlarda məsul postları tutsalar da, müxalifət və inqilabi güclərin Milli koalisiyasının hərbi rəhbərliyində təmsil olunmurlar.

Ordu qüvvələrinin təzyiqlərini dərf etmək istəyən üsyançı dəstələr kürdlərin məskunlaşdığı ərazilərə çəkiliblər. Onlar burada bir müddət əvvəl Türkiyə ərazisindən çıxan və döyüş təcrübəsi olan PKK silahlıları ilə üz-üzə gəlməli olublar.

AzVision.az


Teqlər:





Xəbər lenti