Baş nazir istefa verdi

Baş nazir istefa verdi
  21 İyun 2013    Oxunub:1151
Fələstinin baş naziri Rami Həmdallah cəmi 12 gün baş nazir oub.
Keçmiş universitet dekanı Rami Həmdallah iyunun 6-da prezident Mahmud Abbas tərəfindən Fələstinin baş naziri təyin edilib.

Hələlik Mahmud Abbasın baş nazirin istefasını qəbul edib-etmədiyi məlum deyil. Prezidentin ofisi bu barədə heç bir məlumat verməyib.

Həmdallah, sələfi Salam Fəyadla müqayisədə siyasi təcrübəsinin az olduğuna görə tənqid atəşinə tutulub.

Vəzifədə olduğu müddətdə Həmdallah cəmi bircə dəfə nazirlər kabinetinin iclasına sədrlik edib.

O, həmçinin, Fələstinə səfər edən Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Ketrin Eştonu qəbul edənlərdən biri olub.

Rami Həmdallah son zamanlar ABŞ-ın Fələstin –İsrail münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atdığı addımların müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti