Prezidentin iqamətgahı yandı – VİDEO

Prezidentin iqamətgahı yandı – VİDEO
  21 İyun 2013    Oxunub:1420
Latviyanın paytaxtı Riqa şəhərində prezident iqamətgahında yanğın baş verib. Yanğının iyunun 20-də Moskva vaxtı ilə saat 23:21-də başladığı bildirilib.
AzVision.az İTAR-TASS-a istinadən məlumat verir ki, “Riqa qalası”nda baş verən yanğın 100 kvadrat kilometr əraziyə yayılıb. Yanğının söndürülməsi üçün Riqada bütün yanğınsöndürənləri hadisə yerinə cəlb olunub. Yanğın binaya tez yayıldığından qalanın damı və döşəməsi yanıb.

Dövlət yanğınsöndürmə xidmətinin mətbuat xidmətinin nümayəndəsi Viktoriya Şembele bildirib ki, Latviya tarix muzeyinin eksponatları binada yerləşdiyindən onlara ziyan dəyə bilər. Yanğın nəticəsində dəyən ziyan hələ hesablanmayıb.

Yanğının başvermə səbəbləri barədə məlumat yoxdur. Fakt üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Latviya 2014-cü ilin yanvarın 1-dən avro zonaya daxil olacaq.



AzVision.az


Teqlər:  





Xəbər lenti