Xameneyi iranlıları tənqid etdi

Xameneyi iranlıları tənqid etdi
  20 İyun 2013    Oxunub:1156
İranın Ali Dini Lideri Ayətullah Xameneyinin əhvalının korlanmasında bu dəfə nə İsrailin, nə də ABŞ-ın günahı vardır.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, Xameneyi rəsmi Twitter səhifəsində İran əhalisi arasında fiziki məşğuliyyətin azalmasından şikayətlənib. “Hazırda paytaxt Tehranın dağlıq ərazilərində gəzintilərə xüsusilə daha az rast gəlinir” – o bildirib.

Hiss olunur ki, Xameneyi bu cür gəzintilərin vurğunudur. Dini lider 2009-cu ildə Kürdüstanda gəzinti zamanı çəkdirdiyi fotosunu Twitter səhifəsində yerləşdirib.

AzVision.az


Teqlər:





Xəbər lenti