Rusiyada silah poliqonu partladı

Rusiyada  silah poliqonu partladı
  19 İyun 2013    Oxunub:1512
6 min 500-dən çox insan evakuasiya olunub
Rusiyanın Samara vilayətinin Çapayevsk qəsəbəsində silah-sursat poliqonunda partlayışlar baş verib.
Nəticədə 30 nəfərdən cox insan xəsarət alıb, onlardan 11-i xəstəxanalara yerləşdirilib. 6,5 min nəfər təxliyyə olunub. Hazırda isə poliqonda 3-8 nəfərin olduğu ehtimal edilir. Samara-Volqoqrad avtomobil yolunda 12 avtomobil mərmi atəşinin altında qalıb. Fövqəladə vəziyyətin fəsadlarınını aradan qaldırmaq üçün 490 nəfər xilasedicilər və 111 ədəd texnika cəlb olunub. Rusiya Fövqəladə xidmətinin İl-76 və B-200 təayyarələrində xilasedicilərin köməyinə gəlib.

Poliqonda axşam saatlarında ardıcıl 5 partlayış qeydə alınıb. Partlayışlara səbəb döyüş mərmilərinin ləğv edilməsi zamanı texniki problem olub.

FHN mütəxəssislərinin qiymətləndirməsinə görə, partlayışlardan sonra yaranan yanğın ən pis halda 2-3 sutka davam edə bilər. Nazirliyin rəsmisi qeyd edib ki, saat yarımdan sonra partlayışlar müşahidə olunmayıb.

Rusiya daxili işlər nazirinin məlumatına görə, partlamaqda davam anbarlarda 13 milyon ədəd snaryad saxlanılır.

Mənbə həmçinin əlavə edib ki, pilotsuz təyyarələrdən əlavə, kəşfiyyat məqsədi ilə ərazinin üzərindən Mi-8 helikopterləri də uçub.Yanğın 0.3 hektar ərazini əhatə edir.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti