Merkel: “Türkiyəni istəmirik”
Angela Merkelin Xristian-Demokrat Birliyi (CDU) və qardaş Xristian Sosial Birliyi partiyaları (CSU) sentyabrın 22-də keçiriləcək federal seçkilərdən öncə hazırladığı seçki proqramında Türkiyəyə də yer ayırıb. Xristian Demokratlar Türkiyənin Avropa Birliyi üzvlüyünə qarşı çıxıb və hətta “imtiyazlı tərəfdaşlıq” terminindən də istifadə edilməyib.
Mətbuata sızan 125 səhifəlik proqramda “Avropa Birliyi kriteriyalarına cavab vermədiyi və birlik üçün yük olacağını düşündüyümüz Türkiyənin Avropa Birliyinə üzvlüyünü rədd edirik” sözləri yer alıb.
CDU ve CSU uzun müddət Türkiyənin Birliyə üzvlük məsələsinə qarşı çıxsa da müzakirələr zamanı heç bir maneə yaratmamışdı. Ancaq Almaniya hökuməti Gəzinti parkı aksiyalarında yaşananlardan sonra mövqeyini sərtləşdirib, kansler Merkel rəsmi Ankaranın aksiyaçılara qarşı münasibəti qarşısında “dəhşətə gəldiyini” dilə gətirib.