Deputatımızın təşəbbüsü ATƏT PA-da dəstəkləndi

Deputatımızın təşəbbüsü ATƏT PA-da dəstəkləndi
  18 İyun 2013    Oxunub:1394
ATƏT PA-nın mətbuat xidməti İyunun 17-də Kopenhagendən Azərbaycanlı millət vəkili Azay Quliyevin müəllifi olduğu “ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi” adlı qətnamə layihəsi barədə press reliz yayıb.
Yayılan açıqlamada qeyd olunur ki, “vətəndaş cəmiyyətinin hər zaman müzakirələrə əlavə dəyər gətirdiyini” deyən millət vəkilinin ATƏT PA-na təklif etdiyi qətnamədə, üzv dövlətləri QHT-lər və digər vətəndaş cəmiyyəti institutları ilə daha sıx dialoqa və əməkdaşlığı gücləndirməyə çağırıb. “QHT-lər yalnız müşahidəçi kimi yox, həm də qərar vermə prosesində aktiv rol oynamalıdılar”,- deyə A. Quliyev vurğulayıb.

21 ölkədən olan 56 parlament üzvü tərəfindən dəstəklənən qətnamə layihəsi həmçinin ATƏT-ə üzv olan ölkələri QHT-lər üçün informasiya resurslarından istifadə məhdudiyyətlərini aradan qaldırılmağa və onların maliyyə resurslarının şəffaflığını artırmağa çağırır.

Layihə bu il iyunun 29-dan İyulun 3-dək ATƏT PA-nın İstanbulda keçiriləcək illik sessiyasında səsverməyə qoyulacaq.

Açıqlamada o da bildirilir ki, illik sessiyada qəbul olunan qətnamələr ATƏT-in gələcək siyasətinin formalaşdırmasına kömək edir.

Xatırladaq ki, Azay Quliyevin müəllifi olduğu qətnamə layihəsi ATƏT PA-nın İstanbul sessiyasında müzakirəyə çıxarılan 29 qətnamə layihəsi içərisində dəstək aldığı ölkələrin sayına görə Amerikadan sonra ikinci yerdədir.


Teqlər:  





Xəbər lenti