ABŞ ədalətli məhkəməyə sahib deyil

ABŞ ədalətli məhkəməyə sahib deyil
  18 İyun 2013    Oxunub:1337
Keçmiş Amerika kəşfiyyatçısı Edvard Snouden Britaniyanın The Guardian qəzetinin oxucularının suallarını cavablandırıb.
AzVision.az The Guardian-a istinadən məlumat verir ki, qəzetin təşkil etdiyi iki saatlıq onlayn konfransda Snouden ABŞ-ın xüsusi xidmət orqanlarının fəaliyyəti barədə danışıb.

Snouden bildirib ki, onun bildiyi materialları danışmaması Amerika xüsusi xidmət orqanlarının ifşasının qarşısını ala bilməyəcək. “ABŞ hökuməti məni həbsxanaya salmaqla və ya öldürməklə bu məlumatları gizli saxlaya bilməyəcək. Həqiqət gec-tez üzə çıxacaq” – 29 yaşlı keçmiş informator vurğulayıb.

Snouden gizlənmək üçün məhz Honq Konqu seçdiyini belə izah edib ki, bu ölkədə onu dərhal tutmaq mümkün olmayacaq. İslandiyanı seçmədiyini isə burada onu daha tez ekstradisiya etmək olardı. Çin kəşfiyyatı ilə əməkdaşlığı haqqında fərziyyəni Snouden təkzib edib. O, ədalətli məhkəmə təhqiqatına inanmadığı üçün öz ölkəsindən qaçdığını söyləyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşının sözlərinə görə, o sənədlərdə düzəliş aparmağı planlaşdırdığı üçün onun nəşr olunmasını hələki təxirə salıb. O, ABŞ prezidenti Barak Obamanın prezident seçildikdən sonra ümidləri doğrultmamasından danışıb. Beləki, Obama sistematik qanun pozuntularına yol verib, həmçinin Quantanamo həbsxanasında insan hüquqlarının pozulmasına göz yumub.

AzVision.az


Teqlər:  





Xəbər lenti