“Avropa Parlamenti çaşıb”

“Avropa Parlamenti çaşıb”
  18 İyun 2013    Oxunub:1321
“Taksim gəzinti parkı ilə bağlı qərar qəbul edən Avropa Parlamenti çaşıb. Bu ölkələrdə əhdə sədaqət yoxdur. Yaxşı ki, bu hadisələr baş verdi. Avropalı siyasətçilərin və təşkilatların maskaları yırtıldı”.

AzVision.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan yığıncaqda çıxışı zamanı bildirib.

O, baş verən hadisələri “kiçik həcmli nümayiş” adlandıraraq, gəzinti parkındakı hadisələr zamanı, üzdə dost görünənlərin gerçək simalarının ortaya çıxdığını dilə gətirib:

"Beynəlxalq media qurumları, Avropalı siyasətçilər və təşkilatlar, hadisələri anlamadan, dinləmədən, təhlil etmədən, bilərəkdən təhrif edərək əsl simalarını göstərdilər. Maskaları yırtıldı. Dırnaqarası dostlarımız nə qədər süni olduqlarını göstərdilər”.

Ərdoğan vurğulayıb ki, təəssüf ki, Qərbdə, hər hansı bir qəzetdə çıxan 3 sətirlik yazı, Türkiyə gündəmiə zərbə vura bilir, iqtisadiyyatını alt-üst edə bilir.

“Ölkələrin iqtisadiyyatı böhran içərisində oldüğu bir vəziyyətdə, Türkiyə iqtisadiyyatı yüksəliş dövrünü yaşayırdı. İndi də belə olacaq. Bütün tələlərə baxmayaraq, Türkiyənin iqtisadiyyatı yenə böyüyüb, inkişaf edəcək. Artıq gündəmi müəyyən olunan bir Türkiyə olmayacağıq, gündəmi müəyyənləşdirən bir Türkiyə olacağıq”.

Mirvari



Teqlər:  





Xəbər lenti