Napoleonun bugünkü teleqrafı – VİDEO
Kompüter, veb-kamera və telefondan qabaq “le systeme Chappe” olub. Həmin system XVIII əsrin sonunda Fransa boyunca öz texnoloji əhəmiyyətini göstərib. Buna görə də, o dünyanın ilk teleqraf sistemi adlanır. Sistemi fransız ixtiraçısı Klod Çappe kəşf edib. Sistem 5 min kilometrdən çox məsafəyə malik 534 məntəqəni birləşdirirdi. Parisdən göndərilən mesajlar ölkə hüdudlarına 2-4 saat ərzində çatırdı.
Lakin sistem uğurla fəaliyyət göstərməsinə baxmayaraq funksiyasını tez başa çatdırıb. 1840-50-ci illərdə elektron teleqraf kəşf olunduqdan sonra system yavaş-yavaş sıradan çıxmağa başlayıb. Elektron teleqrafda mesajlar dəmiryol xəttləri ilə ötürülürdü.
AzVision.az