Nobellərin Azərbaycan qərəzi

Nobellərin Azərbaycan qərəzi
  13 İyun 2013    Oxunub:1284
Nobellər Bakıya gələn ilk xarici neft sənayeçiləridir. Bu qardaşların demək olar ki, bizneslərinin böyük bir hissəsi Azərbaycan neftinə bağlı olub. İsveçli sənayeçilər hələ o zamandan anlayıblar ki, bu cür “yağlı tikə”ni başqa bir yerdə tapa bilməyəcklər. Böyük uğur, karyera və dillərə dastan olan şirkət sahiblərinin bir nömrəli gəlir, biznes yeri məhz Azaərbaycan olub. Amma bunları nəzərə alanda ciddi bir tarixi ədalətsizliklə qarşılaşırıq.

Söhbət ondan gedir ki, Nobel qardaşlarının fəaliyyətilə bağlı olan Nobel Muzeyində (İsveç) nə də “Nobel Sülh Mərkəzi”ndə (Norveç) onların zənginliyinin köklərinin Azərbaycana bağlı olmasını, ölkəmizin onların həyatındakı yerini və rolunu göstərən heç bir fakt yoxdur . Niyə? Bu boyda tarixi reallığı necə danmaq olar?

AzVision.az məsələnin kökündə nəyin durduğunu öyrənmək məqsədilə bir çox qrumlarla əlaqə saxlayıb.

Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırovla danışmağa çalışsaq da, alınmadı. Daha sonra Norveçin Azərbaycandakı səfirin Erling Şönsberqin köməkçisi Elmira Mirzəyeva ilə də əlaqə saxlamaq cəhdimizn alınmadı. Norveç-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, deputat Əli Məsimli isə məsələdən xəbərsiz olduğunu bildirib.

Nəhayət, Mədəniyyət və Turizm Nazirlyinin mətbuat katibi İntiqam Hümbətov AzVision.az -a açıqlamasında bildirdi ki, nazirliyin mütəxəssisi də həmin müzeydə olub və öz qeydlərini, iradalarını elə Norveçdə onların nəzərinə çatdırıb:

- Biz də istəyərdik ki, orada Azərbaycan ilə bağlı məlumatalar da olsun. Ora Nobellərin Azərbayacandakı fəaliyyəti ilə bağlı kiafayət qədər dolğun məlumat təqdim etmişik. Bu qardaşların Azərbaycanla bağlı fəaliyyətilə bağlı böyük bir layihə - ”Nobelllər və Bakı nefti” adlı sərgi ARDNŞ-in dəstəyilə İsveç, Norveç, Belçika, İngiltərə, Almaniya, Amerika və digər ölkələrin 11 böyük şəhərlərində nümayiş etdirilib. Layihə hələ də davam edir. Ümid edirik ki, Nobel Mərkəzi bunları nəzərə alacaq.

Nobellərin Azərbaycanda, Azərbaycanın isə Nobellərin taleyində qoyduğu izi silmək olmaz. Biz bunu etmək istəyənlərin məqsədini hələ ki, anlaya bilmədik. Amma araşdırmalarımız davam edəcək.

Şahanə RƏHİMLİ


Teqlər:





Xəbər lenti