İspaniya Azərbaycanın notasına cavab verdi

İspaniya Azərbaycanın notasına cavab verdi
  13 İyun 2013    Oxunub:1469
"İspaniya ərazi bütövlüyü prinsipini tanıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"
İspaniya Xarici İşlər Nazirliyi opera müğənnisi Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycanın etiraz notasına cavab verib. İspaniya tərəfi bildirib ki, şəxsi təşəbbüslə gerçəkləşən bu cür səfərlər dövlətin rəsmi mövqeyini dəyişmir. Cavabda deyilir ki, İspaniya beynəlxalq hüququn digər prinsipləri ilə bərabər ərazi bütövlüyü prinsipini də tanıyır və beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səylərini dəstəkləyir.
Xatırladaq ki, Azərbaycanın İspaniyadakı səfirliyi Monserrat Kabalyenin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar iyunun 5-də İspaniya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.


Teqlər:  





Xəbər lenti