Səfir: “Dəmiryolu xətti üçün Ermənistan addım atmalıdır”

Səfir: “Dəmiryolu xətti üçün Ermənistan addım atmalıdır”
  12 İyun 2013    Oxunub:1385
İranın İrəvandakı səfiri İran-Ermənistan dəmiryolu xəttindən danışıb
Tehranın Ermənistandakı səfiri Məhəmməd Rəisi İran-Ermənistan dəmiryolu xətti üçün Ermənistanın addım atmasının lazım olduğunu bildirib. “İllərdir İran-Ermənistan dəmiryolu xətti ilə bağlı görüşlər keçirir, müzakirə aparırıq. Bu xətt bitdikdən sonra 5 min iranlı turist Ermənistana gələcək. Buna görə də Ermənistan gərək öz ərazisindəki tikintini tamamlasın. İrandan Gürcüstana qədər uzanan dəmiryolu əlbəttə ki, Ermənistanın mənfəətlərinə xidmət edir”.

Səfir İranın Ermənistanın ən yaxşı dostu olduğunu da qeyd edib.

İranın su elektrik stansiya üçün investiyaya hazır olduğunu bildirən səfir, İranın enerji qıtlığı yaşamadığını qeyd edib. Eyni zamanda M. Rəisi əlavə edib ki, İran Ermənistanın təbii qaz ehtiyaclarını ödəmək istəyirlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti