İranda prezident seçkilərində 6 nəfər mübarizə aparacaq

İranda prezident seçkilərində 6 nəfər mübarizə aparacaq
  12 İyun 2013    Oxunub:1450
İranda iyunun 14-ə təyin edilən prezident seçkilərində artıq 6 nəfərin mübarizə aparacağı dəqiqləşdi.
Onlar arasında qərblə nüvə danışıqlarında ölkəni təmsil edən Səid Cəlili, onun sələfi, islahatçı namizəd Həsən Ruhani, keçmiş poçt və teleqraf naziri seyid Məhəmməd Kərazi, və islahatçı Möhsün Rzayi də var.

Sonuncu təşviqat kampaniyalarını Möhsün Rzayi və Həsən Ruhani nümayiş formasında təşkil edib. Hazırda ev həbsində olan müxalifətin rəhbərləri, islahatçı Mir Hüseyn Musəvi və Mehdi Kərrubini dəstəkləyən Həsən Ruhaninin kampaniyasına bəzi qüvvələr mane olmağa çalışıb. Onlar Ruhaninin partiyasının qərargahı qarşısında toplaşan tərəfdarlarını dağıtmaq istəyib. Avtobuslarla əraziyə cəlb edilən polislər də Ruhaninin tərəfdarlarını bu ərazidən uzaqlaşdırmağa cəhd göstərib.

Antikorrupsiya şüarları səsləndirən mitinqçilərə qarşı polis ənənəvi üsullardan istifadə edib. İranın hazırkı prezidenti, seçkidə iştirak hüququ olmayan Mahmud Əhmədinejat isə heç bir namizədi dəstəkləmədiyini açıqlayıb. Əhmədinejat seçkidə əhalinin rifahına xidmət edəcək şəxsin qalib gələcəyinə inandığını da vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti