Erməni səfirin qardaşı Moskvada öldürüldü

Erməni səfirin qardaşı Moskvada öldürüldü
  12 İyun 2013    Oxunub:1106
Ovik Muradyan 90-cı illərin əvvəlində yaratdığı «Bamo» tikinti şirkətinə rəhbəri olub.
Rusiyanın paytaxtı Moskvada naməlum maskalı şəxs Ermənistanın İraqdakı səfiri Murad Muradyanın doğma qardaşı Ovik Muradyanı bıçaqlayıb. 51 yaşlı biznesmen hadisə yerindəcə ölüb.

Məlumata görə, Novinsk bulvarında yerləşən Lotte Plaza otelinin girişində maskalı şəxs O. Muradyana iki bıçaq zərbəsi endirib, sonra avtomobilə əyləşərək hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti