Putin: İranın nüvə təşəbbüsü dinc xarakterlidir

Putin: İranın nüvə təşəbbüsü dinc xarakterlidir
  12 İyun 2013    Oxunub:1046
Rusiya prezidenti Vladimir Putin bildirib ki, İran nüvə silahının yayılmaması üçün beynəlxalq öhdəliklərə tərəfdardır, amma Tehran yenə də nüvə proqramı barədə regional və beynəlxalq narahatlıqlara fikir verməlidir.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Putinin sözlərinə görə, İran nüvə proqramını inkişaf etdirmir, onun İsraili hədələməsi isə qəbuledilməzdir.

Putin İranı onun uranı zənginləşdirmək barədə təklifini imtina etdiyinə, eyni zamanda, İsrail barədə aqressiv münasibətinə görə tənqid edib.

“İran mürəkkəb bir regiondadır. Onun İsraili məhv etməsi barədə fikirləri, düşünürəm ki, qəbuledilməzdir. Bu çıxış yolu deyil” – Putin söyləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti