Rusiya Britaniyada SSRİ qədər casus saxlayır
Londonda bu həftə ikitərəfli münasibətlərin müzakirəsi üçün Britaniya ilə Rusiya arasında danışıqlar baş tutacaq. Bu fonda Qordiyevskinin xəbərdarlığı qalmaqallı səslənir: Moskva Britaniyada soyuq müharibə dövründə olduğu qədər casus saxlayır. Bu barədə o, “The Guardian”-a açıqlamasında deyib.
Qordiyevskinin sözlərinə görə, kəşfiyyatçıların çoxu Rusiya səfirliyində saxlanılır. Onlar həmçinin ştatda rəsmi qeydiyyatdan keçməyən, onları daim qiymətli məlumatlarla təmin edən informator şəbəkəsinə malikdir. Qordiyevski dəqiq rəqəmləri açıqlayıb: “Hazırda Londonda Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) 37 kəşfiyyatçısı vardır. 14 nəfər isə Baş Kəşfiyyat İdarəsində (BKİ) işləyir. O söyləyib ki, bu məlumatı əlaqədə olduğu insanlardan öyrənib.
Qordiyevskinin sözlərinə görə, Putin kəşfiyyatçıları da DTK-dakı sələfləri kimi eyni rolu oynayırlar. Onlar da məxfi ticarət informasiyasını əldə etməyə çalışır və Kremllə araları soyuduqdan sonra Londona köçən Rusiya dissidentləri və biznesmenlərini nəzarətdə saxlayırlar.
“Mən 80-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsindən qaçan və sağ qalan yeganə kəşfiyyatçıyam”,- deyən Qordiyevski DTK-nı satdığına peşman olmadığını söyləyib.
AzVision.az
Teqlər: