`Qaz bahalaşsa ölkədən gedəcəyik`

`Qaz bahalaşsa ölkədən gedəcəyik`
  12 İyun 2013    Oxunub:1096
Ermənistanın Tert.arm portalı ölkədə məişət qazının qiymətinin qaldırılmasına ictimaiyyətin fikrini öyrənmək məqsədilə rəy sorğusu keçirib.

Sorğuda iştirak edən 315 nəfərdən 198-i və yaxud 58 faizi onsuzda həyat səviyyələrinin ağır olduğu bir vaxtda təbii qazın qiymətinin qaldırılmasının əleyhinə olduğunu, belə hal baş verdiyi halda Ermənistanı tərk edəcəklərini bildirib.

Rəyi soruşulanların 16,4 faizi mavi yanacaqdan az istifadə edəcəyini, 12 faizi alternativ yanacaq növünə üstünlük verəcəyini, 13,2 faizi isə hökumətin bu addımına etiraz əlaməti olaraq küçələrə çıxaraq nümayiş keçirəcəklərini bildirib.


Teqlər:





Xəbər lenti