`Sosintern` Azərbaycandakı seçkidən danışıb

`Sosintern` Azərbaycandakı seçkidən danışıb
  10 İyun 2013    Oxunub:1830
“İyunun 3-4 Tiflisdə Sosialist İnternasionalının (“Sosintern”) MDB, Qafqaz və Qara dəniz hövzəsi regional komitəsinin iclası keçirilib. Bu dəfə ev sahibliyini Gürcüstan Sosial Demokrat Partiyası edirdi. Onların sədri İvanişvilinin blokundan deputat seçilən Jorje Lyanidir.
İclasda bir çox məsələlər, o cümlədən, regiondakı vəziyyət müzakirə olunub. Orada iştirak edən partiyalar regionları haqqında məlumat verdilər. Həmin regionlarda olan münaqişələr müzakirə edilib.

Bu barədə AzVision.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib. Əlizadə qeyd edib ki, Azərbaycan Sosial Demokrat Partiyasının “Sosintern”-də faəliyyəti üçün qərar qəbul edilib:

- 2011-ci ildə Etika komissiyası tərəfindən Azərbaycan Sosial Demokrat Partiyasının “Sosintern”-nin tərkibində fəaliyyəti dondurulmuşdu. Bu məsələ müzakirə olundu, yekdilliklə qərar qəbul olundu və deklorasiyaya da salındı ki, bizim “Sosintern”də fəaliyyətimiz bərpa edilməlidir. Komitə qərar qəbul etdi ki, Etika komissiyası məsələ ilə bağlı fikrini dəyişsin. Bundan əlavə, qarşıdan gələn prezident seçkiləri barəsində məlumat verdim. Qeyd etdim ki, hazırda prezidentin reytinqi respublikada ən yüksəkdir. Demokratik seçkilərdə o qalib gələcək.

İclasda Ukraynadakı vəziyyət haqqında bəyanat qəbul olunub. Belə razılaşdırılıb ki, dondurulmuş münaqişələr beynəlxalq hüquq normalarına uyğun dinc yolla həll edilsin.

A.Əlizadənin sözlərinə görə, Dağlıq Qarabağ məsələsi xüsusi olaraq, gündəliyə çıxarılmayb: “Qeyd olundu ki, regionda həll edilməmiş münaqişələr var. Bunlar Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ münaqişələridir. Ermənilər təklif etdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq normalara uyğun həllini tapsın. Mən fikrimi bildirdim ki, ermənilər danışıqlarda konstruktiv deyillər. Fikrimcə, müharibəsiz torpaqları qaytara bilməyəcəyik”,- deyə A.Əlizadə bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti