Şahzadə Forbesi ittiham etdi

Şahzadə Forbesi ittiham etdi
  10 İyun 2013    Oxunub:1432
Səudiyyə Ərəbistanı şahzadəsi Əl Valid bin Təlal sərvətini düzgün hesablamadığı üçün Forbes jurnalını ittiham edib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Forbes jurnalı mart ayında çap olunan varlıların siyahısında 58 yaşlı şahzadəni 26-cı yerdə sıralayıb. Bu sıralamanı jurnal Təlalın sahib olduğu 20 milyard dollara əsaslanaraq edib. Şahzadə iddia edir ki, onun malik olduğu sərvət 30 milyard dollardır və jurnal onun sərvətini 10 milyard azaldıb.

Qeyd edək ki, şahzadə bin Təlal Forbes jurnalının baş redaktoru və iki jurnalistinə qarşı böhtan ittihamı ilə London Ali məhkəməsinə müraciət edib.

AzVision.az


Teqlər:





Xəbər lenti