Ərdoğandan sənətçilərə sərt xəbərdarlıq
AzVision.az Türkiyənin Vətən qəzetinə istinadən xəbər verir ki, Ərdoğan “çapulcular”ın( baş nazir aksiyaçılara xitabən istifadə etdiyi söz) etdiklərini təkrar etməyəcəklərini, türk polisini heç kimin ayağına verməyəcəklərini deyib.
“Sənətçilərə üzümü tutub demək istəyirəm ki, siz 10 illik hakimiyyətimiz dövründə bizdən nə istədiniz də ala bilmədiniz? Əmin olun ki, bundan sonra hər şey dəyişəcək. Bu millətin iqtidarına hörmət etməyənlər, hörmət görməyəcək. Mən Ankarada bu oyunun alətinə çevrilən türk qardaşlarımıza səslənirəm. Artıq buna son deməyin vaxtı çatıb. Əgər nümayişlərə bu şəkildə davam etsəniz, sizin başa düşəcəyiniz dildə danışmaq məcburiyyətində qalacağıq. Bağışlayın, amma səbrimin də bir sonu var”.
AzVision.az