"Seçkilərə müdaxilə etməyin"

"Seçkilərə müdaxilə etməyin"
  09 İyun 2013    Oxunub:1472
Əgər bu cür çəkişmələrə hərbiçilər də qoşularsa, ölkənin təhlükəsizliyi pozular.
İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Havadan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili hərbçilərin seçkilərə müdaxilə etməməyə çağırıb və deyib ki, hərbçilər siyasi qruplara qoşulmasınlar. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

"Hərbiçilər diqqətli olmalıdırlar ki, Silahlı Qüvvələrin cinayət məsuliyyəti haqqında qanunun 40-cı maddəsini pozmasınlar. Həmin maddədə hərbçilərə seçki qabağı siyasi çəkişmələrə və qruplara qoşulmağı qadağan edir. Əgər bu cür çəkişmələrə hərbiçilər də qoşularsa, ölkənin təhlükəsizliyi pozular", - deyə İsmaili deyib.

İsmaili həmçinin hərbçiləri öz ailələrində və digər ictimai yerlərdə əhalini kiməsə səs verməyə həvəsləndiməyi də qadağan edib.
"Namizədlərdən hər hansı birinə səs verilərsə, bu İslam Respublikasına verilən səs kimi dəyərlənidirilir. Bu baxımdan hər kəs layiqli namizədi özü seçməlidir", -deyə İsmaili bildirib.
İran Konistitusiyası hərbçilərin siyasətə müdaxiləsini qadağan edir, lakin buna baxmayaraq bəzi beynəlxalq KİV-lərin məlumatına görə, son illərdə keçirilən seçkilərdə hərbiçilərin bu və ya digər vasitələrlə seçkilərdə müdaxiləsi müşahidə olunub.
İran KİV-lərinin məlumatına görə, 2009-cu ildə keçirilən prezident seçkilərində hərbiçilərin seçkilərə müdaxiləsi İranın daxilində siyasi fəalların və xalqın etirazına səbəb oldu. İranın müxalif liderlərindən olan və hazırda ev dustaqlığında saxlanılan Mehdi Kərrubi 2009-cu ildə keçirilən seçkilərin nəticələri açıqlandıqdan sonra İranın Ali Lideri Ayətullah Əli Xameneiyə məktub yazdı və məktubda bildirmişdi ki, "Mən seçkilərin nəticələrinə İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) və Bəsic qüvvələrinin müdaxiləsi ehtimalını sizinlə görüşümdədə vurğulamışdım".

Bundan başqa İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani də 2009-cu ildə keçirilən president seçkilərində hərbçilərin və Sepah qüvvələrinin müdaxiləsinə etiraz etmişdi.
İranda 11-ci çağırış prezident seçkiləri qarşıdan gələn həftənin cümə günü (iyun ayının 14-də) keçiriləcək.



Teqlər:  





Xəbər lenti