Sərkisyan Kabalyeni mükafatlandırdı

Sərkisyan Kabalyeni mükafatlandırdı
  09 İyun 2013    Oxunub:1137
Ötən gün Ermənistan prezidenti Serj Sərkisyan dünya şöhrətli opera müğənnisi Monserrat Kabalyeni qəbul edib.
Dünya şöhrətli müğənnini salamlayan Serj Sərkisyan Kabalyenin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün hansı çətinliklərlə üzləşdiyini vurğulayıb və minnətdarlıq əlaməti olaraq müğənnini Ermənistanın ali mükafatı olan “Şərəf” medalı ilə təltif edib.

Bu gün İrəvanda konsert verəcək Kabalye isə ermənistan xalqı, onun çox əsirlik tarixi və mədəniyyəti haqqında xoş sözlər deyib və bundan sonra da Ermənistana səfərlərini davam etdirəcəyini söyləyib.

Xatırladaq ki, opera ifaçısının Qarabağa səfəri ölkəmizdə narazılıqla qarşılanıb və İspaniyaya etiraz notası göndərilib.




Teqlər:  





Xəbər lenti