`Kibercinayətkarlıq dünya üçün təhlükəlidir`

`Kibercinayətkarlıq dünya üçün təhlükəlidir`
  08 İyun 2013    Oxunub:1511
ABŞ prezidenti Barak Obama və ölkəsini ziyarət edən Çin prezidenti Şi Cinping birgə keçirdikləri mətbuat konfransında kibercinayətkarlıqla bağlı məsələlərə toxunublar.

AzVision.az “CNNturk”ə istinadən xəbər verir ki, Obama, ABŞ hökumətinə və iş dünyasına məxsus olan kompüterlərə yönələn “pirat hücumlar”a görə Çin ölkəsini günahlandırmadıqlarını dilə gətirib.
Çin prezidenti də öz növbəsində, bu hücumlarda ölkəsinin əli olmadığını vurğulayaraq, Çinin də kibercinayətkarlığın qurbanı olduğunu söyləyib.
O, ABŞ və Çinin, “kiber təhlükəsizlik məsələlərini” müzakirə etmək üçün bir işçi qrupu yaratmasından duyduğu məmnuniyyəti dilə gətirib və hər iki ölkənin bu məsələyə etina ilə yanaşmasının tərəfdarı olduğunu deyib.

Çin prezidenti,bununla bağlı ətraflı müzakirələr aparmaq üçün Obamanı öz ölkəsinə dəvət edib.

Obama da, ABŞ-Çin əlaqələrinin yüksək əhəmiyyətindən danışaraq, kibercinayətkaqlığa qarşı mübarizənin təkcə bu iki ölkə üçün deyil, eyni zamanda Asiya-Sakit okean bölgəsi ölkələrinin və eləcə də dünya üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Mirvari


Teqlər:  





Xəbər lenti