BMT dünyaya müraciət etdi

BMT dünyaya müraciət etdi
  08 İyun 2013    Oxunub:1290
BMT dünya tarixinin rekord həcmli humanitar yardımı ilə bağlı dünya dövlətlərinə müraciət edib.
Suriyadan qaçan insanların problemlərini aradan qaldırmaq üçün 5 mlrd dollarlıq büdcəyə ehtiyac olduğunu deyən rəsmilər, ilin sonuna qədər bu vəsaitin toplanmalı olduğuna diqqət çəkib.

İsveçrədə Suriyada yaşanan son hadisələrə münasibət bildirən BMT nümayəndələri, xüsusilə də suriyalı uşaqların gələcəyinin təhlükə qarşısında olduğunu deyir.

Dünya ölkələri bu ilin ilk 6 ayı ərzində, Suriyalı qaçqınlar üçün 1.5 mlrd dollar yardım ayırmalı idi. İlkin hesablamalara görə, hər 3 suriyalıdan birinin təcili yardıma ehtiyacı var.

Səbinə
AzVision.az


Teqlər:  





Xəbər lenti