Ərdoğanın partiyasında istefa

Ərdoğanın partiyasında istefa
  07 İyun 2013    Oxunub:1286
Ədalət və İnkişaf Partiyasında istefa dalğası...

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın Iğdır şəhər təşkilatının rəhbəri Vəkil Mehmet soyu İstanbulda inşa olunacaq 3-cü boğaz körpüsünə “Yavuz Sultan Səlimin” adının verilməsini kəskin şəkildə tənqid edərək, istefasının səbəblərini açıqlayıb:

“Sülh şəraitinin olduğu bir dönəmdə, tarixboyu xalqının qəlbində ağrılara yol açan bir sultanın adının körpüyə verilməsi, adının yaşadılması, bir körpüyə görə, xalqın qəlbinin qırılması,
Taksimdə və digər şəhərlərdə xalqın demokratik çıxışlarına görə, zorakılıqla və lazımsız hərəkətlərlə qarşı-qarşıya qalması, ürəyimdə dərin ağrılara yol açıb.

İllərdir çalışdığım partiyada siyasi baxışın bu cür dəyişməsi, ortaya çıxan deyimlər və addımlar şəxsiyyətimlə, dünyagörüşümlə, mənəvi dəyərlərimlə heç cür uyğunlaşmayacaq bir ölçüyə gəlib.

Cəmiyyəti gərginləşdirən, cəmiyyətin əhəmiyyətli bir hissəsini incidən, qəlbqırıcı yanaşmaları, “mənəvi dəyərlər” baxımından insanların qırılması, demokratiyada yer almayan gizlilik prinsiplərinin ortaya çıxması, fərqli inanca mənsub olanların “yad” kimi qələmə verilməsi məni son dərəcə narahat edir. Və bu səbəbdən vəzifədən gedirəm”.

Mirvari



Teqlər:  





Xəbər lenti