“Putin rəsmən boşanmayıb”

“Putin rəsmən boşanmayıb”
  07 İyun 2013    Oxunub:1381
“Putin və həyat yoldaşı Lüdmila Putina rəsmi olaraq boşanmayıblar,sadəcə bu xəbəri ictimaiyyətə açıqlayıblar”.
AzVision.az xəbər verir ki, bu sözləri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlərin Putinin boşanması ilə bağlı suallarına isə Kremlin sözcüsü belə cavab verib: “Putinin şəxsi həyatı ilə bağlı məsələlər onun özünü maraqlandırır. O bunları ictimaiyyətə açıqlamaq istəmir. Bu onun qərarıdır və bu haqqa sahibdir. Prezidentin şəxsi həyatına hörmət edin və bu məsələlərə qarışmayın”.

Qeyd edək ki, Vladimir Putin öz həyat yoldaşı Lüdmila Putina ilə boşandığını təsdiqləyib. Keçmiş cütlük bu açıqlamanı Kreml Sarayında “Esmeralda” baletinə baxandan sonra veriblər. Açıqlama zamanı isə Putinin sakitliyi, həyat yoldaşı Lyudmilanın əsəbi olması diqqət çəkib.


Teqlər:  





Xəbər lenti